AZ

Nigeriyada vəba qurbanlarının sayı 37-yə çatıb

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında vəba səbəbindən ölənlərin sayı 37 nəfərə yüksəlib.

"Punch! qəzetinin məlumatına görə, may ayının əvvəlindən indiyədək ştatda 3 mindən çox yoluxma halı qeydə alınıb.

Məlumata əsasən, epidemiya 36 rayonu əhatə edib. Yoluxmaların yarıdan çoxu ştatın inzibati mərkəzi olan Mayduquri şəhərində aşkarlanıb.

Səhiyyə qurumları vəziyyəti ictimai sağlamlıq sahəsində fövqəladə hal kimi qiymətləndirir və təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayır.

Seçilən
74
2
apa.az

3Mənbələr