44 günlük müharibənin son günlərində Moskvada atəşkəs üçün yardım axtardığını deyən Alen Simonyan diqqətçəkən açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin sədri müharibənin taleyinin əvvəlcədən müəyyənləşdirildiyini düşündüyünü bildirib və Moskvanın mövqeyini sərt tənqid edib.
Simonyanın sözlərinə görə, ermənilər artıq “öz erməni planetlərindən çıxmağın” vaxtının çatdığını anlamalı və Azərbaycanla birgə yaşamağın reallığını qəbul etməlidirlər.
"Müharibənin 28-ci və ya 29-cu günündə mən Moskvadan xahişlər edirdim. Mən ofisdən ofisə gedirdim, müharibənin dayandırılmasını xahiş edirdim. Amma Ukrayna, NATO və Türkiyə kimi böyük məsələlərə gəldikdə, risklər bu qədər yüksək olduqda, istədiyinizi edə bilərsiniz - hər şey artıq sizin üçün qərarlaşdırılıb. Məni ən çox qıcıqlandıran da budur, niyə bu qədər ağrıdır - getməyin, əyilməyin, yalvarmağın, oturmağın, ağlamağın, mümkün olan hər şeyi etməyin mənasız olduğunu bilmirdim. Qərar artıq müharibədən əvvəl də verilmişdi. Plan belə idi: müharibə başlayacaq, bölgəmiz bölünəcək, hər şeydə əvvəlki hökuməti günahlandıracaq və yeganə variantın Rusiyadan tamamilə asılı olmaq olduğunu deyəcək yeni bir hökumət yaranacaq", – deyə Simonyan bildirib.
O, əlavə edib ki, Rusiyanın Azərbaycanla qarşıdurmada Ermənistanı dəstəkləməkdən imtina etməsi iki ölkə arasındakı müttəfiqlik münasibətlərində dönüş nöqtəsi olub.
Musavat.com