AZ

Depressiya görün necə müalicə edilir

Bristol Universitetinin tədqiqatçıları iltihab proseslərinin qarşısını almaqla, standart müalicəyə tabe olmayan depressiya əlamətlərini yüngülləşdirməyin mümkün olduğunu müəyyən ediblər.

Publika.az xəbər verir ki, bu barədə araşdırma "JAMA Psychiatry" jurnalında dərc olunub.

Orada qeyd olunub ki, sınaq iştirakçıları terapiyadan sonra narahatlıq, yorğunluq və depressiv simptomların azaldığını bildiriblər.

Məlumdur ki, depressiyadan əziyyət çəkən insanların təxminən üçdə biri serotonin və digər neyromediatorlara təsir edən standart antidepressantlara qarşı zəif reaksiya verir. Son illərdə elm adamları bu cür halları orqanizmdəki xroniki iltihabla əlaqələndirirlər. Xüsusilə, iltihab reaksiyalarında iştirak edən immunitet siqnal molekulu olan "interleykin-6"nın depressiya ilə sıx bağlı olduğu müəyyən edilib.

Tədqiqatçılar bu yolu bloklamağın depressiyanı azaldıb-azaltmayacağını yoxlamaq üçün revmatoid artrit zamanı istifadə olunan "tosilizumab" dərmanından istifadə ediblər. Tədqiqata standart müalicəyə reaksiya verməyən və qanında xroniki iltihab əlamətləri (C-reaktiv zülalın səviyyəsinin yüksək olması) müşahidə olunan 30 xəstə cəlb edilib. Könüllülərin bir qrupuna dərman, digərinə isə plasebo verilib.

Seçilən
63
3
publika.az

10Mənbələr