AZ

Puşkaşın nəticəsi Çempionlar Liqasının finalının baş tutacağı arenada FOTO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əfsanəvi macar futbolçu Ferents Puşkaşın nəticəsi Ane Budapeştdə keçirilən Çempionlar Liqasının finalını izləmək üçün Puşkaş Arenaya gəlib.

İdman.Biz xəbər verir ki, bu qarşılaşma Puşkaş ailəsi üçün xüsusi əhəmiyyət daşıyır.

Belə ki, 2019-cu ildə istifadəyə verilən və 67 mindən çox tamaşaçı tutumuna malik olan arena Macarıstan futbolunun simvolu hesab edilir və əfsanəvi Ferents Puşkaşın adını daşıyır.

Qeyd edək ki, stadion daha əvvəl UEFA Superkuboku və Avropa Liqasının finalına ev sahibliyi edib. Ane də ailəsinin ən məşhur nümayəndəsinin adını daşıyan arenada keçirilən Çempionlar Liqasının finalını tribunadan izləyən qonaqlar arasında yer alıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
icma.az

1Mənbələr