ain.az, Sherg.az portalına istinadən məlumat verir.
Bosniya və Herseqovinada dünən başlayan meşə və otlaq yanğınları davam edir, hərbi helikopterin dəstəyi istənilib.
"Report"un Balkan bürosu xəbər verir ki, yanğın mayın 29-u günorta saatlarında Bosniya və Herseqovinanın Yablanitsa qəsəbəsi yaxınlığında yerləşən Pisvir bölgəsində şam meşəsində başlayıb.
Yablanitsa Yanğından Mühafizə Bölməsinin əməkdaşları ötən gün saat 14:30-dan 21:00-dək alovla mübarizə aparsalar da, yanğının baş verdiyi ərazinin əlçatan olmaması səbəbilə yanğın hələ də davam edir.
Məlumata görə, hazırda ölkənin Silahlı Qüvvələrinə məxsus helikopterin cəlb olunması ilə bağlı müraciət edilib.
Səlahiyyətli qurumlar ölkə ərazisində yanğınların nəzarət altına alınması istiqamətində işlərin davam etdirildiyini bildiriblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.