AZ

Bosniya və Herseqovinada meşə yanğınları davam edir

Bosniya və Herseqovinada dünən başlayan meşə və otlaq yanğınları davam edir, hərbi helikopterin dəstəyi istənilib.

Yanğın mayın 29-u günorta saatlarında Bosniya və Herseqovinanın Yablanitsa qəsəbəsi yaxınlığında yerləşən Pisvir bölgəsində şam meşəsində başlayıb.

Yablanitsa Yanğından Mühafizə Bölməsinin əməkdaşları ötən gün saat 14:30-dan 21:00-dək alovla mübarizə aparsalar da, yanğının baş verdiyi ərazinin əlçatan olmaması səbəbilə yanğın hələ də davam edir.

Məlumata görə, hazırda ölkənin Silahlı Qüvvələrinə məxsus helikopterin cəlb olunması ilə bağlı müraciət edilib.

Səlahiyyətli qurumlar ölkə ərazisində yanğınların nəzarət altına alınması istiqamətində işlərin davam etdirildiyini bildiriblər.

"Report"

Seçilən
14
3
ikisahil.az

4Mənbələr