AZ

Argentina millisinin üzvü ölkəsinə qayıtdı - RƏSMİ

"Benfika"dan ayrılan Nikolas Otamendi karyerasını ölkəsində davam etdirəcək.

Sportal.az xəbər verir ki, argentinalı futbolçu "River Pleyt"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buenos Ayres təmsilçisi 38 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Nikolas Otamendi 2020-ci ilin yayından "Benfika"da çıxış edirdi. Argentina millisinin üzvü 2025/26 mövsümündə Lissabon nəhənginin heyətində meydana çıxdığı 49 rəsmi matçda 3qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
53
1
sportal.az

2Mənbələr