AZ

UEFA Çempionlar Liqasında final günü

Bu gün futbol dünyasının diqqəti UEFA Çempionlar Liqasının finalına yönələcək. 2025-2026 mövsümünün qalibi məhz bu qarşılaşmadan sonra bəlli olacaq.

Ucnoqta.az xəbər verir ki, həlledici oyunda Fransanın PSJ və İngiltərənin “Arsenal” klubları üz-üzə gələcək.

Final matçı Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək görüşü Almaniyadan olan hakim Daniel Zibert idarə edəcək.

PSJ ötən mövsüm qazandığı çempionluğu qorumaq niyyətindədir. Paris təmsilçisi tarixində ilk dəfə əldə etdiyi titulu yenidən qazanmağa çalışacaq. “Arsenal” isə UEFA Çempionlar Liqasının kubokunu ilk dəfə muzeyinə aparmaq üçün meydana çıxacaq.

30 may
UEFA Çempionlar Liqası – Final

20:00 – PSJ (Fransa) – “Arsenal” (İngiltərə)
Baş hakim: Daniel Zibert (Almaniya)
Stadion: “Puşkaş Arena”, Budapeşt

Seçilən
35
ucnoqta.az

1Mənbələr