AZ

Rza Pəhləvidən tarixi çağırış: Şahın oğlu görün nə təklif etdi — VİDEO

İran şahının oğlu Rza Pəhləvi Yaxın Şərq ölkələrinin Avropa İttifaqına bənzər əməkdaşlıq platforması yaratmasının vacibliyini bildirib.

Musavat.com xəbər verir ki, o, region dövlətlərinin milli təhlükəsizlik, kəşfiyyat və hətta hərbi sahədə birgə layihələr həyata keçirə biləcəyini deyib.

“Əgər Avropanın öz ittifaqı ola bilirsə, niyə bizim Yaxın Şərqdə ittifaqımız olmasın? Niyə milli təhlükəsizlik, kəşfiyyat və hətta hərbi əməkdaşlıq sahələrində birlikdə çalışmayaq?” - deyə Pəhləvi bildirib. 

O qeyd edib ki, region ölkələri silahlanma yarışına və hərbi xərclərə böyük vəsait ayırmaq əvəzinə, həmin resursları sosial təminat, pensiya fondları, səhiyyə və təhsil kimi sahələrə yönəldə bilər.

Pəhləvinin fikrincə, regional əməkdaşlıq həm təhlükəsizliyin möhkəmlənməsinə, həm də iqtisadi və sosial inkişafın sürətlənməsinə töhfə verə bilər.

 

Musavat.com

Seçilən
68
musavat.com

1Mənbələr