AZ

Məşhur müğənninin bayram mesajı ortalığı qarışdırdı - FOTO

1975-ci ildə Türkiyəni “Seninle Bir Dakika” mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Semiha Yankı sosial şəbəkədə etdiyi paylaşım səbəbindən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, məşhur sənətçi Qurban Bayramı ilə bağlı paylaşımında “Bu bayram mənim bayramım deyil, ona görə də qeyd etmirəm” sözlərini yazıb.

Onun bu fikirləri sosial mediada qısa zamanda geniş müzakirələrə səbəb olub.

Paylaşımın ardından çox sayda istifadəçi Semiha Yankının sözlərinə sərt reaksiya verib. Bəzi izləyicilər sənətçini tənqid etsə də, digərləri onun şəxsi fikirlərini ifadə etmək hüququnun olduğunu müdafiə edib.

Gələn reaksiyalardan sonra yenidən paylaşım edən sənətçi geri addım atmayıb. Semiha Yankı tənqidlərə cavab olaraq “Dedim ki, bu bayramı sevmirəm, sevmək məcburiyyətində də deyiləm” ifadələrini işlədib.

Sənətçinin açıqlamaları sosial mediada müzakirələri daha da alovlandırıb. Mövzu qısa müddətdə Türkiyə gündəminin ən çox danışılan məsələlərindən birinə çevrilib.

Musavat.com

Seçilən
78
50
musavat.com

10Mənbələr