AZ

Rusiya Rumıniyanın qərarına cavab verəcəyini açıqladı

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rumıniyanın Rusiyanın baş konsulunu persona non grata elan etməsi və Konstansadakı Baş Konsulluğun bağlanması qərarı Moskvada etirazla qarşılanıb.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Buxarestin addımlarına cavab gecikməyəcək.

“Rumıniyanın Rusiyanın baş konsulunu persona non grata elan etməsi və Konstansadakı Baş Konsulluğun bağlanması ilə bağlı qərarına cavab tədbirləri özünü çox gözlətməyəcək”, - deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, Rumıniya tərəfi daha əvvəl Rusiyanın Konstansadakı baş konsulluğunun fəaliyyətinin dayandırılması və baş konsulun arzuolunmaz şəxs elan edilməsi barədə qərar qəbul edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
modern.az

2Mənbələr