AZ

Uşakov: Aİİ ə üzv olan 4 ölkənin liderləri Ermənistan barədə bəyanat qəbul ediblər

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın liderləri Ermənistan barədə bəyanat qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiyanın Prezidentinin köməkçisi Yuri Uşakov İrəvanın Avropa İttifaqına (Aİ) üzv olmaq planları ilə bağlı suallara cavab verərkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bəyanat Astanada Ali Avrasiya İqtisadi Şurasının iclasında dörd lider tərəfindən qəbul edilib.

Y.Uşakov konkret təfərrüatları açıqlamayıb, bəyanatın iclasda iştirak edən Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryana təqdim edildiyini vurğulayıb.

Rusiya Prezidentinin köməkçisi Ermənistanın mövqeyi ətrafındakı vəziyyətin Aİİ sammiti zamanı müzakirə olunduğunu qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
2
cebheinfo.az

3Mənbələr