Demokrat.az xəbər verir ki, tətbiqi Geofizika İnstitutunun məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib və təxminən 24 dəqiqə davam edib. Astronomlar bildirirlər ki, bu, son bir həftədə qeydə alınan ilk ciddi aktivlikdir. Sonuncu dəfə mayın 22-də bənzər güclü partlayış olmuş və həmin vaxt Yer kürəsinə doğru plazma kütləsi atılmışdı.
Hazırkı vəziyyət isə narahatlığa əsas vermir. Maqnit qasırğası proqnozlarına əsasən, yaxın günlərdə planetimizin maqnit sahəsi sakit olacaq. Alimlər bu dəfəki aktivliyin kosmik hava şəraitinə və insanların səhhətinə mənfi təsir göstərəcəyini gözləmirlər.
İsmayıl
Demokrat.az