ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
İran Prezidenti Məsud Pezeşkian qonşu və İslam ölkələri ilə əməkdaşlığın gücləndirilməsinə çağırış edib.
Bizimyol.info xəbər verir ki, Pezeşkian sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Qurban bayramı münasibətilə Malayziya və Pakistanın baş nazirləri ilə telefon danışığı aparıb. O, İranın diplomatiyaya sadiqliyini vurğuladığını qeyd edib.
İran prezidenti həmçinin Malayziyaya humanitar yanaşmasına görə təşəkkür etdiyini, Pakistana isə razılığın əldə olunması istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını ifadə etdiyini bildirib.
Tehranın xarici siyasətinə toxunan Pezeşkian deyib ki, İran qonşu və İslam ölkələri ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.