Fanat saytına istinadən ain.az xəbər verir.
Argentina millisinin mərkəz müdafiəçisi Markos Senesi karyerasını harada davam etdirəcəyi bəlli olub.
Fanat.Az BBC-yə xəbər verir ki, "Bornmut"dan ayrılan cənubi amerikalı İngiltərə Premyer Liqasında qalacaq.
Məlumata görə, adı "Çelsi" və "Mançester Yunayted"lə də yanaşı çəkilən futbolçu "Tottenhem"lə şifahi razılığa gəlib. Mənbə tərəflərin yaxın vaxtlarda münasibətləri rəsmiləşdirəcəyini vurğulayıb.
2022-ci ildə 15 molyon avro qarşılığında "Feyenoord"dan transfer edilən, o vaxtdan bəri "albalılar"ın sıralarında 128 matça çıxan Senesi 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 22 milyon avro ilə dəyərləndirir.
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.