AZ

“Biləsuvar” “Ağstafa Gəncləri” ilə üz-üzə – ARENA.AZ

Bu gün 2026/2027-ci illər mövsümündə İkinci Liqada çıxış etmək üçün “Biləsuvar” və “Ağstafa Gəncləri” arasında pley-off matçı keçiriləcək.

Arena.az xəbər verir ki, qarşılaşma Yevlax şəhər stadionunda təşkil olunacaq.

Oyuna saat 16:00-da start veriləcək. Bu görüş Rəşad Əhmədova tapşırılıb. Ona yan xətt hakimləri Rahil Ramazanov və Tərlan Talıbzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ruslan Quliyev yerinə yetirəcək.

Xatırladaq ki, “Ağstafa Gəncləri” 2025/2026-cı illər mövsümündə İkinci Liqanı 11-ci pillədə başa vurub. “Biləsuvar” isə Region Liqasının bürünc medalçısıdır. Qalib tərəf İkinci Liqada, məğlub olan isə Region Liqasında çıxış edəcək.

İkinci Liqa uğrunda pley-off oyunu
29 may

“Biləsuvar” – “Ağstafa Gəncləri”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
21
16
arena.az

10Mənbələr