ain.az bildirir, Modern.az portalına istinadən.
Qarabağdakı keçmiş separatçı rejimin nümayəndələrindən biri, ehtiyatda olan polkovnik Senor Hasratyan İrəvanda keçirilən hərbi paradı sərt tənqid edib.
Modern.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı fikirlərdə 1992-ci ildə Bakıda keçirilmiş hərbi paradla 2026-cı ildə İrəvanda təşkil olunan hərbi mərasimi müqayisə edib.
Hasratyan iddia edib ki, həm 1992-ci ildə Bakıda, həm də bu gün İrəvanda keçirilən paradlar “məğlub orduların” tədbiri olub.
“Fərq ondadır ki, Bakıda keçirilən paraddan sonra iştirakçılar birbaşa cəbhəyə yollandılar, İrəvanda isə parad iştirakçıları daimi dislokasiya yerlərinə qayıdaraq yerləşdirilmiş “sülhdən” yararlanırlar”, – o bildirib.
O, həmçinin Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy arasında müqayisələrə toxunaraq, onların arasında böyük fərq olduğunu iddia edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.