Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Kişineu, 29 may, AZƏRTAC
Moldovada yaşayan soydaşımız Ramiz Ansarov Orxey şəhərinin mer vəzifəsinə seçkilərin ikinci turunda qalib gələcəyinə inanır.
Bu barədə AZƏRTAC-a məlumat verən Ramiz Ansarov bildirib ki, mayın 31-də Orxey şəhərinin mer vəzifəsinə seçkilərin ikinci turunda seçicilərin ona səs verməsi üçün ötən müddətdə bir sıra görüşlər keçirib. “Bu müddət ərzində Orxey şəhərində yerli əhali arasında gözəl münasibətlər qurmuşam. Polis, mühəndislik, istehsal və kiçik biznesdə təcrübəm var. Orxey sakinlərinin bizi qiymətləndirməsindən məmnunuq”, - deyə soydaşımız əlavə edib.
Qeyd edək ki, mayın 17-də Orxey şəhəri merinə seçkilərin birinci turunda Ramiz Ansarov namizədlər arasında ən çox səs toplayıb. 1987-ci ilin aprelin 12-də Kişineuda anadan olan R.Ansarov əslən Qərbi Azərbaycandandır, onun atası Barana (Noyemberyan) rayonunda anadan olub və böyüyüb. Sonradan ailəsi Bakı şəhərinə köçüb. 4 oğul atası olan R.Ansarov Moldovanın ictimai-siyasi həyatında fəallıq göstərir. O, həmçinin Moldova Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi diasporumuzun inkişafına öz töhfəsini verir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.