Gürcüstanın paytaxtı Tbilisi şəhərinin əsas rəmzlərindən olan televiziya qülləsi və mərkəzi Rike parkındakı “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
APA-nın yerli bürosu xəbər verir ki, işıqlandırılma 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə baş tutub.
Axşam saatlarından etibarən teleqüllə və Kür çayı üzərindəki şüşəli piyada körpüsü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.
Qeyd edək ki, Tbilisi teleqülləsi və "Sülh körpüsü"nün mayın 28-də Azərbaycan bayrağının rənglərində işıqlandırılması ənənəvi hal daşıyır.