AZ

“Hərə deyir ki, mən qalibəm”

“Müstəqillik 1991-ci ildə bərpa edildi, amma yenə də təhlükə altında idi. Dediyim kimi, erməni işğalı, daxildəki hərc-mərclik, qarşıdurma, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə faktiki olaraq ölkəmizi məhvə aparırdı. Əgər o vaxt Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir”.

Publika.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib.

“Hər halda o vaxt Azərbaycan böyük fəlakətlə üz-üzə idi. O vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı. Mənim dövrümdə biz hər gün azadlıq gününü arzulayırdıq və hər gün onu yaxınlaşdırırdıq. Siz də, bu ərazilərdə yaşamış insanlar da yaxşı bilirsiniz, nə qədər çətin relyefdir həm buralar, həm də Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, orada yeddi müdafiə xətti, minalar var idi. Bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək, özlərini qurban verərək o xətləri yardılar və cəmi 44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik.

Seçilən
60
15
publika.az

10Mənbələr