AZ

ABŞ ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vaşinqton, 28 may, AZƏRTAC

ABŞ-ın müxtəlif ştat və şəhərləri, o cümlədən Hyuston, Vaşinqton, Oyl Siti, Hallandeyl Biç, Mayami şəhərləri, Merilənd ştatı və Nyu-York Ştat Assambleyası 28 May-Azərbaycan Müstəqillik Gününü münasibətilə bəyannamə imzalayıblar.

AZƏRTAC-ın məlumatına görə, sənədlərdə Azərbaycanın 1918-ci ildə Şərqdə və müsəlman dünyasında ilk demokratik parlament respublikası qurduğu bildirilir. Qadınlara səsvermə hüququnun erkən verilməsi, demokratik dəyərlər və parlamentçilik ənənələri xüsusi qeyd olunur. Həmçinin bəyannamələrdə ABŞ ilə Azərbaycan arasında diplomatik, strateji, enerji, mədəni və təhsil sahələrində əməkdaşlıq, ABŞ-da yaşayan azərbaycanlı icmasının yerli cəmiyyətə verdiyi töhfələr vurğulanır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
9
azertag.az

10Mənbələr