AZ

ABŞ-də 28 May münasibətilə bəyannamə imzalandı

ABŞ-ın müxtəlif ştat və şəhərləri, o cümlədən Hyuston, Vaşinqton, Oyl Siti, Hallandeyl Biç, Mayami şəhərləri, Merilənd ştatı və Nyu-York Ştat Assambleyası 28 May-Azərbaycan Müstəqillik Gününü münasibətilə bəyannamə imzalayıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, sənədlərdə Azərbaycanın 1918-ci ildə Şərqdə və müsəlman dünyasında ilk demokratik parlament respublikası qurduğu bildirilir. Qadınlara səsvermə hüququnun erkən verilməsi, demokratik dəyərlər və parlamentçilik ənənələri xüsusi qeyd olunur. Həmçinin bəyannamələrdə ABŞ ilə Azərbaycan arasında diplomatik, strateji, enerji, mədəni və təhsil sahələrində əməkdaşlıq, ABŞ-da yaşayan azərbaycanlı icmasının yerli cəmiyyətə verdiyi töhfələr vurğulanır.

Seçilən
0
9
bakivaxti.az

10Mənbələr