AZ

Bastoni İnter də qalır

ain.az, sport24.az saytına istinadən bildirir.

"İnter"in müdafiəçisi Alessandro Bastoninin gələcək karyerası ilə bağlı yayılan transfer şayiələrinə son qoyulub. Sport24.az "La Gazzetta Dello Sport" istinadən xəbər verir ki, adı "Barselona" ilə yanaşı çəkilən İtaliya millisinin üzvü karyerasını Milan klubunda davam etdirəcək.

​Klubun prezidenti Cüzeppe Marotta "DAZN"a açıqlamasında 25 yaşlı müdafiəçinin komandada qalacağını qətiyyətlə ifadə edib:

"Azarkeşlərimiz tam rahat ola bilərlər. Bastoni heç vaxt komandadan ayrılmaq istəməyib, burada çox xoşbəxtdir. Biz də heyətin aparıcı oyunçularını satan klub deyilik. Onun bizimlə qalacağına şübhəm yoxdur".

​Kataloniya təmsilçisinin ciddi marağına baxmayaraq, gənc müdafiəçinin "Kamp Nou"ya köçmək ehtimalı sıfıra enib. Hazırkı vəziyyətə əsasən, "İnter" rəhbərliyi Bastonini heyətdə saxlamaqda tam qərarlıdır və transfer danışıqlarını qapalı elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
sport24.az

1Mənbələr