AZ

Moskva İrəvana qarşı "qaza basır" - Ermənistanda KRİTİK 10 gün

Ermənistan hakimiyyəti və xalqı Avropa İttifaqı ilə yaxınlaşma perspektivlərinin iqtisadi nəticələri barədə əvvəlcədən məlumatlandırılıb.

Musavat.com-un verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Sergey Tsivilev qaz, neft məhsulları və xam almazla bağlı müqavilənin ləğv edilməsi ehtimalı ilə bağlı bildirib.

Azərbaycan–

Hamımız AİB çərçivəsində fəaliyyət göstəririk. Uzun illərdir ki, bütün üzv dövlətlərlə münasibətlər qurulub. Neft və qazın olduqca əlverişli qiymətlərlə tədarük edildiyi heç kimə sirr deyil. Əlbəttə ki, Avropada qazın qiyməti daha yüksəkdir. Mən erməni həmkarıma yazdım ki, hamı Avrasiya İqtisadi Birliyindən Avropa Birliyinə keçərsə, hansı hadisələrin baş verəcəyini əvvəlcədən bilsin. Bu halda, biz onları hazırda təqdim etdiyimiz qiymətə yanacaqla təmin edə bilməyəcəyik”, - deyə Rusiya rəsmisi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hələlik Ermənistan tərəfindən cavab məktubu yoxdur. Tsivilev hesab edir ki, erməni xalqı bu qərarı verərkən yuxarıda qeyd olunan iqtisadi şəraiti başa düşməlidir.

Russia

Kəsəsi, Rusiya açıq mətnlə Paşinyan hökumətini və erməniləri təhdid edir. Lakin bunu deyən təkcə rusiyalı energetika naziri deyil. Analoji hədə və şantaj dolu bəyanatlar Rusiya XİN rəhbəri Lavrov, sözçüsü Zaxarova, baş nazirin müavini Overçuk, prezidentin köməkçisi Uşakov, Kremlin mətbuat katibi Peskov, eləcə də Duma sədri Volodin və deputatlardan eşidilməkdədir. Artıq seçkiyə sayılı günlər qalmış Moskva tam "qaza basıb" və İrəvanı qaz pulu ilə qorxudur. Erməni baş nazir Paşinyan isə cavab olaraq deyib ki, Ermənistan bir müttəfiqə və bir yola möhtac olmayacaq. Onun sözlərinə görə, Ermənistan qaz nəqlində tranzitə çevriləcək və öz qaz payını da alacaq. Analitiklərin fikrincə, baş nazir bununla Zəngəzur dəhlizinə işarə edib. Bu koridor açılandan sonra Ermənistanın Rusiyadan qaz asılılığı azala bilər. Çünki Azərbaycan, Qazaxıstan və Türkmənistan qazı Avropaya Ermənistan üzərindən nəql edilə bilər. Bu zaman Paşinyanın dediyi tranzit reallaşacaq.

Rusiya

Yada salaq ki, daha əvvəl Moskvadan İrəvana təbii qaz, neft məhsulları və xam almaz tədarükü haqqında müqavilənin birtərəfli şəkildə ləğv edilməsi ilə bağlı məktub gəlib. Məktubda bildirilir ki, Ermənistan Aİ-yə qoşulma prosesini davam etdirərsə, Rusiya 2 dekabr 2013-cü ildə Rusiya və Ermənistan hökumətləri arasında imzalanmış təbii qaz, neft məhsulları və xam almaz tədarükü sahəsində əməkdaşlıq haqqında müqaviləni dayandıra və ya birtərəfli şəkildə ləğv edə bilər.

Paşinyan isə ölkəsinin Avrasiya İqtisadi Birliyini tərk etməyəcəyini açıqlayıb. Amma reallıq budur ki, parlament Avropaya inteqrasiya və üzvlük niyyəti haqda sənəd qəbul edib. Az əvvəl isə Paşinyan demişdi ki, Aİ ilə Ermənistan arasında viza rejimi iki ilə ərzində ləğv ediləcək. Bir sözlə, Moskva İrəvanın ondan uzaqlaşdığını görür və dilemma qarşısında qoyur: ya biz, ya Avropa. Əks halda, qazın pulu qalxacaq...

Professor

Professor Qabil Hüseynli Musavat.com-a deyib ki, Rusiyanın əsəbləri tarıma çəkilib və Ermənistanı itirdiyini hiss edir. Onun fikrincə, bu səbəbdən hövsələdən çıxan Putin hakimiyyətinin üzvləri isterik reaksiyalar verməkdədir. Q. Hüseynli hesab etmir ki, Ermənistan elə indi AİB-i tərk edəcək: "Paşinyan 7 iyundan sonra radikal qərar qəbul etməyəcək. Amma Ermənistanı bu təşkilatdan mərhələli şəkildə uzaqlaşdırmaq niyyətini də gizlətmir. İndi ona iki böyük güc mərkəzi - Avropa İttifaqı və ABŞ açıq dəstək verir, himayə edir. Bu da Paşinyanı cəsarətləndirir. İstər Makronun, istər Rubionun İrəvana gəlişi, ardınca Trampın açıq seçki dəstəyi göstərir ki, Qərb onun yanındadır. Rusiya isə Ermənistanı itirməsi ilə barışmaq istəmir və qaz təzyiqini gücləndirir".
Bununla belə, professor hesab etmir ki, Rusiya-Ermənistan münasibətlərində qırılma nöqtəsidir: "İkitərəfli ticarət dövriyyəsi var, sanksiyaları yarmaqda Ermənistan kömək edir, hələ də sərhədlərini rus hərbçiləri qoruyur, eləcə də Rusiyanın orada iki hərbi baza, dəmiryolları var. Yəni seçkilərdən sonra Paşinyan ilk səfərini Moskvaya edəcək, bəzi məsələləri yoluna qoyacaq. Onlardan biri də qaz anlaşması olacaq".

Emil Salamoğlu
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr