AZ

Rusiya Ermənistanı "blokadaya" alır: Mayın 30-dan etibarən...

 

Rusiya mayın 30-dan etibarən Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalını məhdudlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə qərarı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") qəbul edib.

Qurumdan verilən məlumata görə, bu addımın atılmasına səbəb fitosanitar tələblərin kütləvi şəkildə pozulması və Ermənistanın müvafiq qurumları tərəfindən lazımi tədbirlərin görülməməsidir.

"Rosselxoznadzor" rəsmiləri bildiriblər ki, 2026-cı ilin əvvəlindən bəri Ermənistandan gətirilən meyvə-tərəvəz məhsullarında 181 karantin rqanizmi aşkarlanıb.

Musavat.com

Seçilən
30
1
musavat.com

2Mənbələr