AZ

Gürcü qapıçı İngiltərəni İtaliayaya dəyişir

"Liverpul"un qapıçısı Giorgi Mamardaşvili yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Skira yayıb.

Mənbənin məlumata görə, Alisson Bekker komandada qalarsa, 25 yaşlı gürcü yay transfer pəncərəsində icarəyə getməyə hazırdır.

Qeyd olunub ki, qapıçı A Seriyasının üç klubuna bir mövsümlük icarəyə təklif olunub. Onların adları açıqlanmayıb.

Mamardaşvili ötən yay "Liverpul"a "Valensiya"dan keçib. 

Qapıçı 2025/26 mövsümündə 20 matçda 34 qol buraxıb və üç dəfə qapısını toxunulmaz saxlayıb.

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr