PSJ-nin yarımmüdafiəçisi Joau Neveş karyerasını “Real”da davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “El Debate” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tanınmış futbol agenti Xorxe Mendes Neveşin PSJ-dən “Real”a transferini Madrid klubuna təklif edib. Eyni zamanda futbolçunun özü də Paris klubundan ayrılaraq Madridə keçmək istədiyi iddia olunur. Artıq futbolçunun agenti ilə Madrid nəhəngi arasında danışıqlara başlanılıb.
Cari mövsümdə 21 yaşlı portuqaliyalı bütün turnirlərdə 37 oyuna çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Neveşin “PSJ” ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. “Transfermarkt” onun dəyərini 110 milyon avro olaraq qiymətləndirir.