AZ

Rusiya və Türkiyədən gələn təkliflərə göz atmadı, Azərbaycanda qaldı

Stas Pokatilov “Sabah”da qalmaq üçün bir neçə təklifi rədd edib.

Sportinfo.az "Asnews.kz" portalına istinadən xəbər verir ki,qazax qolkiperə bir neçə klubdan real təklif olsa da, o, karyerasına Azərbaycan çempionunun heyətində davam etmək istəyib.

Qazax həmkarlarımızın iddiasına görə, 33 yaşlı qapıçıya “Aktobe”, “Elimai”, "Tobol", eləcə də Rusiya və Türkiyə liqalarından iki komanda təklif irəli sürüb. Lakin o, “Sabah"la müqavilə müddətinin 2027-ci il iyunun 30-na qədər artırıb.

33 yaşlı qapıçı “Akjayik”, “Şaxtyor”(Karaqanda), “Aktobe”, “Rostov”, “Kayrat”, “Tobol” klublarının qapısını qoruyub.

Seçilən
47
sportinfo.az

1Mənbələr