AZ

Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn parlament seçkilərində Ermənistanın Baş naziri Nikol Paşinyanı dəstəklədiyini açıqlayıb. 

Amerika lideri "Truth Social" sosial şəbəkəsində yazıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin böyük dostudur:

"O,, Ermənistanı güclü, çiçəklənən və çox təhlükəsiz ölkə hesab edib. Nikol mənim Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün sülh vizyonumu tam bölüşür.  Dövlət katibimiz Marko Rubio bu yaxınlarda Ermənistana səfər etdi və orada hər iki ölkə üçün bir neçə vacib razılaşma imzaladı. 

Tezliklə ABŞ və Ermənistan birlikdə Cənubi Qafqazı dəyişdirəcək və gözəl Amerika enerji şirkətlərimizin Orta Asiyadan ABŞ-yə qədər çıxış əldə etməsinə kömək edəcək Beynəlxalq Sülh və Tərəqqi üçün Tramp Yol Xəritəsini qurmağa başlayacaqlar". 

Tramp qeyd edib ki, Vaşinqton Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində Paşinyanı dəstəkləyəcək; “Bu səbəblərə görə Nikol 7 iyun 2026-cı ildə yenidən seçilmək üçün TAM VƏ ŞƏRTSİZ dəstəyimə malikdir. Nikolun köməyi ilə biz ABŞ-ni, Ermənistanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı görünməmiş yüksəkliklərə qaldıracağıq". 

Təbii ki, Ermənistanın ABŞ ilə yaxınlaşması və ABŞ-Ermənistan münasibətlərində müsbət dinamikanın müşahidə olunması Kremldə ciddi narahatlıq yaradıb, Moskva İrəvana qəzəblidir. Ekspertlər hesab edirlər ki, Moskva Ermənistanda seçkilər ərəfisində və ya seçkilərdən sonrakı dövrdə təxribatlara əl ata bilər. 

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Rusiyanın Ermənistanda təsir imkanları əvvəlki kimi deyil:

“Rusiyanın Ermənistanla sərhədləri olmadığı üçün Kremlin Moldova kimi Ermənistana da qarşı təzyiq elementləri məhduddur. Ukrayna Moldovanı Rusiyanın birbaşa müdaxiləsindən qoruduğu kimi, Azərbaycan və Gürcüstan da Ermənistanı qoruyur. A

ncaq bütün dünyada olduğu kimi, Rusiyanın  Ermənistanda da təxribat törətmək imkanları var. Əhalini qorxuya və panikaya salmaq üçün müxtəlif terror-diversiya, o cümlədən sui-qəsdlər törədə bilər. 

Yaxud seçki günü müxtəlif təxribatlarla seçkilərin saxtalaşdırıldığı görüntüsünü yarada və xaos yaratmağa çalışa bilər. Rusiya Cənubi Qafqazı itirdiyini görür və müəyyən təsir imkanlarını saxlamaq üçün son nəfəsinə qədər çalışacaq”. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Açar sözlər:

Tramp Xəqani Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr