AZ

"Barselona" 16 yaşlı braziliyalını transfer etmək istəyir

"Atletiko Mineyro"nun futbolçusu Qabriel Veneno karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.

İspaniya çempionu 16 yaşlı oyunçu üçün bonuslarla birlikdə 20 milyon avro ödəməyə hazırdır. Kataloniya təmsilçisi gənc istedadın keçidini qısa müddətdə tamamlamağı planlaşdırır.

Qeyd edək ki, Qabriel Veneno Braziliyanın U-16 milli komandasının üzvüdür.

saytlarin hazirlanmasi

Seçilən
20
1
sportal.az

2Mənbələr