AZ

“Olifest” iki gün ərzində minlərlə insanı bir araya gətirdi - FOTO - VİDEO

“Olifest”
Mayın 23-24-də “Olivia”nın təşkilatçılığı ilə ölkənin ən böyük gözəllik festivalı – “Olifest” keçirilib. 1news.az xəbər verir ki, iki gün davam edən festival ərazisində kosmetika və baxım brendlərinin sərgisi, hədiyyəli oyunlar, fotozonalar, musiqili proqram və interaktiv aktivliklər təşkil olunub.
“Olifest”ə qatılan qonaqlar brendlərin yenilikləri ilə tanış olub, məhsulları sınaqdan keçirib, oyunlarda iştirak edərək hədiyyələr qazanıblar. Festival boyunca yaradılan rəngarəng atmosfer iştirakçılara həm əyləncə, həm də gözəllik dünyası ilə yaxından tanış olmaq imkanı yaradıb. Tədbir maarifləndirici çıxışlarla da yadda qalıb. İlk gün dermatokosmetoloq Günay Mikayılova düzgün dəriyə qulluq rutini, dəri tipinə uyğun məhsul seçimi və gündəlik baxım mərhələləri barədə faydalı məlumatlar verib. İkinci gün isə vizajist Vəfa Həmzəyeva makiyaj sirləri və praktik tövsiyələr haqqında danışıb. Festival çərçivəsində keçirilən aktivliklərdə qaliblər tərəfdaş brendlərdən müxtəlif hədiyyələr əldə ediblər. İlk günün əsas qalibi “Olivia” tərəfindən təqdim olunan 500 manatlıq hədiyyə kartını qazanıb. İkinci günün qalibinə isə Dyson hədiyyə olunub. Hədiyyəni qalibə Xalq artisti Aygün Kazımova təqdim edib. Musiqili proqram da festivalın ən çox maraq doğuran hissələrindən olub. İlk gün Murad Arif enerjili ifası ilə iştirakçılara unudulmaz anlar yaşadıb. İkinci gün səhnəyə çıxan Aygün Kazımova isə sevilən ifaları ilə “Olifest”ə ekstra həyəcan və rəngarənglik qatıb. Konsert zamanı yağış yağmasına baxmayaraq, iştirakçılar ərazini tərk etməyib, əksinə, yağış altında musiqiyə qoşularaq əylənməyə davam ediblər. Beləliklə, “Olifest” iki gün ərzində gözəllik, əyləncə və musiqini bir araya gətirərək minlərlə insan üçün xoş xatirələr yaradıb.
Seçilən
22
1news.az

1Mənbələr