AZ

Bu gün Premyer Liqanın son iştirakçısı müəyyənləşəcək

BAKI, 28 may. TELEQRAF

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, həlledici görüşdə Premyer Liqanın 11-cisi olan “Qəbələ” I Liqanı ikinci pillədə başa vuran “Mingəçevir”lə qarşılaşacaq.

“SOCAR Polymer Arena”da təşkil olunacaq görüş saat 18:30-da start götürəcək.

Qarşılaşmada VAR sistemi də tətbiq ediləcək. Oyunu FIFA referisi Tural Qurbanov idarə edəcək.

Seçilən
53
teleqraf.com

1Mənbələr