BAKI, 28 may. TELEQRAF
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, həlledici görüşdə Premyer Liqanın 11-cisi olan “Qəbələ” I Liqanı ikinci pillədə başa vuran “Mingəçevir”lə qarşılaşacaq.
“SOCAR Polymer Arena”da təşkil olunacaq görüş saat 18:30-da start götürəcək.
Qarşılaşmada VAR sistemi də tətbiq ediləcək. Oyunu FIFA referisi Tural Qurbanov idarə edəcək.