AZ

ABŞ İranın Hörmüz boğazına nəzarət edən qurumuna sanksiyalar tətbiq edib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Vaşinqton administrasiyası Hörmüz boğazından keçidə nəzarəti tənzimləyən İranın Fars körfəzinə nəzarət idarəsinə qarşı sanksiyalar tətbiq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir.

ABŞ tərəfinin iddiasına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) həmin qurumdan “gəmilərin Hörmüz boğazından keçidi üçün vəsait tələb etmək məqsədilə” istifadə edir.

Vaşinqton administrasiyası, həmçinin sözügedən İran qurumu ilə əməkdaşlıq edən şəxslərə qarşı da məhdudiyyətlər tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edib. ABŞ Maliyyə Nazirliyinin bəyanatında: “Bu boğaz idarəsi adlanan qurumla əməkdaşlıq edən hər kəs İİKK-ə dəstək verə və onun xidmətlərindən yararlana bilər ki, bu da qanunsuz maliyyə tələblərinə şərait yaradır və sanksiya riski doğurur”.

28 fevralda ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyatlara başlayıb. Zərbələr Tehran da daxil olmaqla İranın ən iri şəhərlərinə endirilib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq genişmiqyaslı əməliyyata başladığını və İsrailə hücum etdiyini bəyan edib.

Bununla yanaşı, ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə də zərbələr endirilib. İran hakimiyyəti həmçinin ABŞ, İsrail və İslam Respublikasına qarşı hücumu dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı qəbul edib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
bizimyol.info

1Mənbələr