AZ

​Deputat seçicisindən qoz istədi -

Milli Məclisin deputatı Razi Nurullayevlə Zülfüqar adlı seçicisinin arasında maraqlı dialoq baş tutub. Metbuat.az xəbər verir ki, bu barədə millət vəkili özünün sosial şəbəkə hesabında paylaşım edib. İmişlinin Boşçalılar kəndində yaşayan Zülfüqarı ziyarət edən Nurullayev onun şəxsi təsərrüfatı ilə maraqlanıb. Kənd sakininin həyətindəki iri qoz ağacı deputatın diqqətini çəkib. Zülfüqar ağacdan hər il 150 kiloqram bar götürdüklərini deyəndə Razi Nurullayevin reaksiyası ətrafdakıların gülüşünə səbəb olub: "Mənim də payımı göndərərsən". Millət vəkili həmçinin seçicisinin yardımçı təsərrufatı və əkin sahəsi ilə maraqlanıb, gordüyü mənzərədən məmnunluğunu ifadə edib. Deputatın öz seçicisi ilə səmimi söhbəti ətrafdakı insanların marağına səbəb olub.Həmin görüntüləri təqdim edirik:


Seçilən
147
metbuat.az

1Mənbələr