Agentlikdən Demokrat.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən qurbanlıq heyvan ətinin satışı xidməti də həyata keçirilir.
Qurbanlıq heyvanlarda hər hansı xəstəliyə şübhə yarandığı halda baytar həkim tərəfindən daxili orqanlardan nümunələr götürülərək həm yerində fəaliyyət göstərən laboratoriyalarda, həm də Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələr aparılır. Qida Təhlükəsizliyi İnstitutunun stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində çalışır.
Vətəndaşlardan bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Demokrat.az
10Mənbələr
-
pravda.azQarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərar ( 29041507)
-
demokrat.azQarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərar ( 29040514)
-
demokrat.azBakının bu ərazisində yola görə uzun tıxaclar yaranır — FOTOLAR ( 29009029)
-
demokrat.azQurban bayramı günlərində ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir ( 29006998)
-
editor.az“Nar” müştəriyə internetə görə 40 min manat saxta borc yazdı, məhkəmə sildi ( 28992970)
-
demokrat.azDırnaq ətrafı dəri buna görə soyulur ( 28989412)
-
yeniavaz.comİranda daha bir nəfər İsrailə casusluq etdiyi üçün edam edildi ( 28974913)
-
yeniavaz.comİranda daha bir nəfər İsraillə casusluğa görə edam edildi ( 28974748)
-
azadmedia.az“Nar” mobil operatoru müştəriyə internetə görə 40 min manat saxta borc yazdı, məhkəmə sildi » AzadMedia.az ( 28918729)
-
azadmedia.az“Nar” mobil operatoru müştəriyə internetə görə 40 min manat saxta borc yazdı, məhkəmə sildi » AzadMedia.az ( 28915612)