Agentlikdən Demokrat.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən qurbanlıq heyvan ətinin satışı xidməti də həyata keçirilir.
Qurbanlıq heyvanlarda hər hansı xəstəliyə şübhə yarandığı halda baytar həkim tərəfindən daxili orqanlardan nümunələr götürülərək həm yerində fəaliyyət göstərən laboratoriyalarda, həm də Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələr aparılır. Qida Təhlükəsizliyi İnstitutunun stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində çalışır.
Vətəndaşlardan bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Demokrat.az
10Mənbələr
-
demokrat.azQurban bayramı günlərində ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir ( 29006998)
-
hafta.azÖlkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir ( 29005285)
-
azertag.azAgentlik: Ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir ( 29004808)
-
missiya.azAQTA: Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir ( 28998838)
-
yeniavaz.comQurbanlıqların kəsimi ilə bağlı xoşagəlməz hallarda nə etməliyik? ( 28998322)
-
yeniavaz.comQurbanlıqların kəsimi ilə bağlı xoşagəlməz hallarda nə etməliyik? ( 28998289)
-
yenicag.azBayram günlərində ölkə üzrə 134 ünvanda SATIŞ VƏ KƏSİM XİDMƏTLƏRİ göstərilir ( 28998217)
-
lent.az134 yerdə kəsim və satış məntəqələri xidmət göstərir FOTO ( 28998205)
-
apa.azAzərbaycanda 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunub ( 28998148)
-
cebheinfo.azQurban bayramı günlərində ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir ( 28997974)