AZ

ABŞ-İran danışıqlarında Livanda 60 günlük atəşkəs bəndi müzakirə olunur

BAKI, 27 may. TELEQRAF

ABŞ və İran arasında hazırlanan saziş layihəsində Livan da daxil olmaqla 60 günlük atəşkəs rejiminin tətbiq edilməsi ilə bağlı bənd yer alır.

Teleqraf xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əlaəddin Burucerdi bildirib.

Məlumat parlamentin mətbuat xidməti tərəfindən də təsdiqlənib.

Deputatın sözlərinə görə, İran və ABŞ arasında ilkin razılaşma layihəsində ilk mərhələdə ABŞ-ın döyüşlərin bütün cəbhələrində, xüsusilə Livan ərazisində 60 günlük hərtərəfli atəşkəs elan etməsi öhdəliyi nəzərdə tutulur.

Qeyd edilib ki, bu bənd hazırda müzakirə mərhələsində olan ilkin saziş layihəsinə aiddir və yekun razılaşma hələ təsdiqlənməyib.

Seçilən
24
teleqraf.com

1Mənbələr