AZ

Leau Türkiyə yolunda - İki İstanbul nəhəngi ulduz "ov"una çıxdı

"Milan"ın portuqaliyalı cinah yarımmüdafiəçisi Rafael Leau karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "La Gazetta della Sport"un əməkdaşı Luka Biankin yayıb.

Mənbənin məlumatına görə, "Qalatasaray" və "Fənərbağça" Leaunun xidmətlərində maraqlıdırlar. Onlar portuqaliyalıya ildə 10 milyon avro maaş və əlavə bonusları əhatə edəcək müqavilə təklif etməyə hazırlaşırlar.

Uğursuz mövsümdən sonra "Milan" rəhbərliyi Leaunu satışa çıxarmaq qərarına gəlib. 26 yaşlı portuqaliyalı futbolçunun 40-50 milyon avroya satışı nəzərdə qutulub. 

Leau 2019-cu ilin yayından bəri "Milan"da oynayır. O, bu mövsüm bütün yarışlarda 31 oyuna çıxaraq 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Mirağa

Seçilən
3
1
fanat.az

2Mənbələr