AZ

Kəpəz Rəhman Hacıyevlə müqavilənin müddətini uzatdı

ain.az, sport24.az saytına istinadən bildirir.

"Kəpəz" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

"Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.

Xatırladaq ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub. "Kəpəz" daha əvvəl Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
8
sport24.az

9Mənbələr