JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze


Paytaxtda ötən gün qeydə alınan qeyri-sabit hava şəraiti və intensiv yağan güclü yağışlar şəhər infrastrukturuna ziyan vurmaqla yanaşı, ticarət obyektlərində də ciddi fəsadlar törədib.

Güclü yağıntı nəticəsində Bakıda fəaliyyət göstərən “Bravo” supermarketlər şəbəkəsinin mağazalarından birini su basıb.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdən aydın olur ki, daxili drenaj sisteminin və ya dam örtüyünün yağıntı sularının həcmini qarşılaya bilməməsi səbəbindən tonlarla su birbaşa ticarət zalına dolub. Hadisə zamanı marketin rəflərində və vitrinlərində olan çoxlu sayda ərzaq və qeyri-ərzaq məhsulları su altında qalaraq yararsız hala düşüb və sahibkarlıq subyektinə ciddi maddi ziyan dəyib.

Su basması zamanı ticarət mərkəzində olan alıcılar və mağaza əməkdaşları arasında qısamüddətli təşviş yaşanıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq ərazidəki müştərilər təxliyə edilib və obyektdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda marketin fəaliyyət göstərdiyi hissədə suların kənarlaşdırılması, təmizlik işlərinin aparılması və dəymiş ziyanın tam miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. (NOCOMMENT.az)

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX