AZ

ABŞ mediasının tanınmış siması vəfat etdi

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı milyarder Donald Nyuhaus vəfat edib.

Gununsesi.info ABŞ mediasının yaydığı məlumata istinadən xəbər verir ki, “Advance Publications” media holdinqinin ortaq sahibi olan milyarder 96 yaşında dünyasını dəyişib.

“The New York Times” nəşrinin məlumatına əsasən, Donald Nyuhausun ölümünü oğlu Stiven Nyuhaus təsdiqləyib. Bildirilib ki, iş adamı mayın 26-da ABŞ-ın Nyu-Cersi ştatındakı evində limfoma xəstəliyindən vəfat edib.

Donald Nyuhaus 1929-cu ildə Nyu York şəhərində anadan olub. O və böyük qardaşı Samuel Nyuhaus Jr. ailələrinə məxsus “Advance Publications” media imperiyasını ataları Samuel Nyuhausdan miras alıblar.

Media holdinqi dünyanın ən nüfuzlu nəşrlərindən hesab olunan Condé Nast şirkətinə sahibdir. Şirkətin portfelinə The New Yorker, Vanity Fair, Vogue, “Wired” və digər məşhur jurnallar daxildir.

Məlumata görə, Donald Nyuhaus holdinqin qəzet və kabel televiziyası aktivlərinə rəhbərlik edib. Onun qardaşı isə Condé Nast və moda-media istiqamətinə nəzarət edib.

“Forbes” jurnalının müxtəlif illərdə açıqladığı reytinqlərdə Nyuhaus ailəsi ABŞ-ın ən varlı media ailələri sırasında göstərilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
icma.az

1Mənbələr