AZ

Dünyanın ən böyük media maqnatı öldü: 96 yaşında

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Amerika media maqnatı və dünyanın ən böyük media imperiyalarından biri olan “Advance Publications”-ın həmtəsisçisi Donald Nyuhaus 96 yaşında ABŞ-də vəfat edib.

“Cebheinfo.az” bu barədə "The New York Times" qəzetin ə istinadən yazır. 

Nəşr bildirib ki, onun oğlu, “Advance”-ın həmsədri Stiven, ölüm səbəbinin limfoma olduğunu təsdiqləyib.Nyuhaus, böyük qardaşı Samuel Nyuhausla birlikdə 1922-ci ildə ataları tərəfindən qurulan şirkəti miras alıb. Zamanla şirkət dünyanın ən böyük özəl media konqlomeratlarından birinə çevrilib.

Nyuhaus biznesin qəzet və kabel bölmələrinə nəzarət edirb, qardaşı isə “Vogue”, “The New Yorker”, “Vanity Fair”, “Wired” və digər nəşrləri əhatə edən “Condé Nast”-ın nəşriyyat bölməsinə rəhbərlik edib.

Nyuhausun rəhbərliyi altında “Advance Publications”-ın qəzet bölməsi ABŞ-nin regional bölgələrindəki mövcudluğunu genişləndirib və media holdinqlərinin redaksiya heyəti onlarla Pulitzer mükafatı və digər peşəkar mükafatlar alıb. Nyuhaus ailəsinin sərvəti təxminən 24 milyard dollar qiymətləndirilir.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
2
cebheinfo.az

10Mənbələr