AZ

Belçikalı velosipedçi Yilke Mixilsen 19 yaşında vəfat edib

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Belçikalı velosipedçi Yilke Mixilsen uzun müddət mübarizə apardığı onkoloji xəstəlikdən sonra 19 yaşında vəfat edib.

"Report" xəbər verir ki, idmançının ölümü barədə məlumat onun sosial şəbəkə hesabında paylaşılıb.

Üç il əvvəl Y.Mixilsenə sümük və yumşaq toxumalara təsir edən bədxassəli şiş – Yuinq sarkoması diaqnozu qoyulub. Xəstəlik səbəbindən o, idman karyerasını vaxtından əvvəl başa vurmaq məcburiyyətində qalıb. Velosipedçi mayın əvvəlində müalicənin heç bir effekt verməməsi və bədəninin həddindən artıq zəifləməsi səbəbindən kimyaterapiya kursunu dayandırdığını açıqlamışdı.

Qeyd edək ki, Y.Mixilsen 2022-ci ildə şosse velosipedi üzrə gənclər arasında Belçika çempionu olub, həmçinin çoxnövçülük üzrə ölkə birinciliyini qazanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
3
cebheinfo.az

5Mənbələr