AZ

Çin su ehtiyatları üzrə beynəlxalq əməkdaşlığı genişləndirmək niyyətindədir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çin hakimiyyəti su ehtiyatlarının idarə olunması sahəsində digər ölkələrlə əməkdaşlığı gücləndirməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Su Təsərrüfatı Nazirinin müavini Van Baoen bildirib.

O, beynəlxalq səviyyəli yüksək səviyyəli konfransda çıxışı zamanı qeyd edib ki, qlobal iqlim dəyişikliyinin təsirləri artdıqca su təhlükəsizliyi sahəsində qeyri-müəyyənliklər də böyüyür, təbii fəlakətlər, su resurslarının vəziyyəti və ekoloji risklər isə bir-biri ilə daha çox əlaqələnir.

Van Baoenin sözlərinə görə, Çin digər ölkələr və beynəlxalq təşkilatlarla praktiki əməkdaşlığı genişləndirməyə, su resurslarının idarə olunması sahəsində innovasiyaları – konseptual yanaşmalar, institutlar, tədbirlər və texnologiyalar səviyyəsində birgə inkişaf etdirməyə hazırdır. Məqsəd BMT-nin 2030-cu il dayanıqlı inkişaf hədəflərinə töhfə verməkdir.

Nazir müavini dünyada su təminatı vəziyyətinin getdikcə daha mürəkkəb hala gəldiyini və bunun bütün ölkələrin qarşısında duran təxirəsalınmaz problem olduğunu vurğulayıb.

O, həmçinin Çin lideri Si Cinpinq tərəfindən irəli sürülmüş su resurslarının idarə olunması konsepsiyasını xatırladıb. Bu yanaşma mərkəzləşdirilmiş idarəetmə ilə yerli səylərin birləşdirilməsini nəzərdə tutur və onun sözlərinə görə, bu sahədə əhəmiyyətli irəliləyiş əldə olunub.

Van Baoen əlavə edib ki, Çində daşqınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi nəticəsində son illərdə onların vurduğu ziyan xeyli azalıb. O, su resurslarının daha səmərəli bölüşdürülməsi və ölkədə daha etibarlı milli su təchizatı sisteminin formalaşdırıldığını da qeyd edib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
bizimyol.info

1Mənbələr