BAKI, 27 may. TELEQRAF
ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında paylaşım edilib.
"ABŞ-nin Bakıdakı səfirliyi adından Qurban Bayramını Azərbaycanda və dünyada qeyd edən hər kəsə Qurban Bayramı münasibətilə təbrik edirik. Bu xüsusi bayram şəfqət, səxavət və birlik dəyərlərini əks etdirməklə yanaşı, Azərbaycanın zəngin dini tolerantlıq və multikulturalizm ənənələrini də vurğulayır. Biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında güclü tərəfdaşlığa və qarşılıqlı əlaqələrə dəyər veririk".