AZ

“Niaqara” və “Kral” restoranlarından ənənəvi bayram sovqatı Fotolar Video

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Niaqara” və “Kral” restoranlarının rəhbərliyi tərəfindən Qurban bayramı münasibətilə şəhid və qazi ailələri də daxil olmaqla, 1065 ailəyə bayram sovqatı paylanılıb.

“Qafqazinfo” xəbər verir ki, artıq ənənə halını alan bu təşəbbüs zamanı hər iki Qarabağ müharibəsi şəhidlərinin ailələri ziyarət edilib.

Göstərilən diqqətin torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıqları qarşısında mənəvi borc olduğu bildirilib.

Qeyd edilib ki, torpaqlarımızın işğaldan azad edilməsi Ali Baş Komandan İlham Əliyevin xidmətləri, yürütdüyü siyasət və sərkərdəlik bacarığının nəticəsi, eyni zamanda ordumuzun qəhrəman oğullarının vətən yolunda göstərdiyi şücaətin əsəridir. 

Restoran rəhbərliyi şəhid ailə üzvlərinə daim onların yanlarında olduqlarını çatdırıblar. Ailələrin bayramları təbrik edilib, onlara bayram sovqatı, müxtəlif hədiyyələr təqdim edilib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
qafqazinfo.az

1Mənbələr