AZ

Belarusun Ukraynaya hücum ehtimalı: Uğur qazana bilərmi?

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Belarusdan gələn təhdid qalır, lakin onların öz qoşunlarını Ukraynaya göndərməyə qərar verməsi ehtimalı azdır.

Axar.az xəbər verir ki, bunu “DeepState” analitik layihəsinin həmtəsisçisi Roman Poqoreli bildirib.

“Ukraynanın müdafiəsi bu gün 2022-ci illə müqayisədə kifayət qədər effektiv olaraq qalır. Təhdid həmişə olub. Rusların qüvvələrini tez bir zamanda köçürmək və rotasiya aparmaq imkanları var və bunu bacarırlar. Onlar uzun müddətdir ki, böyük səylərlə Belarusu müharibəyə qoşulmağa təhrik edirlər”, — deyə o vurğulayıb.

Poqoreli əlavə edib ki, Belarus artıq rusların tərəfində müharibənin tamhüquqlu iştirakçıları sayılır. O xatırladıb ki, beynəlxalq hüquqa görə, öz ərazisini işğal üçün təqdim etmək artıq birbaşa hərbi əməliyyatlarda iştirak hesab olunur:

“Burada söhbət ilk növbədə təxribatlardan gedir. Onlar çoxdan Belarusda təlimlər keçirirlər. Çernobıl AES-ə daxil olmağa cəhd edə bilərlər. Diversiya-kəşfiyyat qrupları fəaliyyət göstərə bilər. Sual ondadır ki, əgər Belarus nəsə etməyə risk etsə, buna nə dərəcədə hazırdırlar? Bu ya “drq” fəaliyyəti, ya AES-in ələ keçirilməsi, ya da moskvalıların Sum vilayətində yaratmağa çalışdığı kimi tampon zonanın qurulması ola bilər. Bunların hamısı hələ naməlumdur”.

Onun sözlərinə görə, Belarusun imkanlarını şişirtmək lazım deyil:

“Çünki Ukraynada hər yer başdan-başa qazılıb və möhkəmləndirilib. Coğrafiya da irəliləmək üçün uyğun deyil. Məsələn, Rivne vilayətində bataqlıqlar var. Onların bunu necə həyata keçirəcəyini bilmirəm. Bu isə hücum edən tərəfin hansısa ciddi uğur qazanacağına şübhə ilə yanaşmaq üçün ciddi səbəbdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
axar.az

2Mənbələr