AZ

Luka Modriç karyerasını bitirməyə qərar verdi

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç karyerasını bitirmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.

Mənbənin məlumatına görə, xorvatiyalı ulduz futbolçu qərarını dünya çempionatından sonra açıqlayacaq.

Sentyabr ayında 41 yaşına çatacaq Modriç tezliklə karyerasının son mundialına yollanacaq.

Modriç 2025-ci ilin yayında "Milan"a azad transfer olaraq qoşulub. Ötən mövsüm o, İtaliya nəhəngində 37 oyuna çıxaraq 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "rossoneri" ilə müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir. "Transfermarkt"a görə, onun təxmini dəyəri 4 milyon avrodur.

Luka daha əvvəl "Real Madrid", "Tottenhem", "Dinamo Zaqreb", "İnter Zapreşiç" və "HSK Zrinjski Mostar"da çıxış edib.

Mirağa

Seçilən
6
1
fanat.az

2Mənbələr