AZ

Su içmək üçün Ən doğru vaxtlar

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır.

“Qafqazinfo” xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsinə və toksinlərin orqanizmdən xaric olunmasına kömək edir.

Mütəxəssislər xüsusilə bu vaxtlarda su içməyi tövsiyə edirlər:

Səhər oyandıqdan sonra — gecə itirilən mayenin bərpasına və maddələr mübadiləsinin aktivləşməsinə kömək edir.

Yeməkdən əvvəl — toxluq hissi yaradaraq porsiya nəzarətini dəstəkləyir.

İdmandan əvvəl və sonra — maye balansını qoruyur, yorğunluq və əzələ spazmlarının qarşısını almağa kömək edir.

Günorta saatlarında — enerji azalmasının və diqqət dağınıqlığının qarşısını ala bilər.

Baş ağrısı zamanı — susuzluqdan yaranan narahatlığı azaltmağa kömək edə bilər.

Dərman qəbul edərkən — dərmanın orqanizmdə daha rahat sorulmasını təmin edir.

Yatmazdan əvvəl az miqdarda — gecə maye itkisini azalda bilər, lakin həddindən artıq su yuxu rejimini poza bilər.

Mütəxəssislər həmçinin bildirirlər ki, uşaqların gündə orta hesabla 1–1,5 litr, böyüklərin isə 2–2,5 litr su içməsi tövsiyə olunur. İsti hava və fiziki aktivlik zamanı bu miqdar arta bilər.

Dietoloqlar susama hissini gözləmədən müntəzəm su içməyi məsləhət görürlər. Bunun baş ağrısı, halsızlıq və diqqət pozğunluğu kimi problemlərin qarşısını almağa kömək etdiyi vurğulanır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
qafqazinfo.az

1Mənbələr